ABŞ prezidenti Donald Tramp özünün Truth Social sosial şəbəkəsində Kanadaya qarşı yeni gömrük rüsumlarının tətbiqinin üç gün müddətinə təxirə salındığını açıqlayıb.
Editor.az xəbər verir ki, Tramp bildirib ki, ABŞ-ın Kanada mallarına tətbiq etməyi planlaşdırdığı 50 faizlik tariflər avqustun 19-da səhər qüvvəyə minməli idi.
ABŞ liderinin sözlərinə görə, qərarın təxirə salınmasına səbəb Vaşinqton və Ottavanın sənədlərin yekun razılaşdırılması istiqamətində razılığa gəlməsi olub.
Tramp açıqlamasında qeyd edib:
“Kanadaya qarşı sabah səhər qüvvəyə minməli olan 50 faizlik tariflərin tətbiqini üç gün müddətinə dayandırdım. Kanada və ABŞ sənədlərin yekun razılaşdırılması nəzərə alınmaqla razılığa gəliblər”.
//Gülnarə Abasova, Editor.az

