Ermənistan XİN-i adını dəyişir – SÜLH zərurətibackend

Ermənistan XİN-i adını dəyişir – SÜLH zərurəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın Xarici İşlər Nazirliyinin adı dəyişdiriləcək və Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi adlandırılacaq”. Bunu Baş nazir Nikol Paşinyan hökumətin son iclasında bildirib.

Paşinyan: Ermənistan və Azərbaycanın XİN başçıları Minsk qrupunun ləğvi ilə  bağlı birgə müraciət imzalayıb

“Bu gün bu, ən yaxşı təcrübədir, çünki bir çox inkişaf etmiş ölkələrdə beynəlxalq iqtisadi münasibətlərin inkişafı artıq nazirliyin adında əks olunur. Bizim nümunəmizdə bu baş verməyib və bunun da obyektiv səbəbləri olub. Etiraf etmək lazımdır ki, Üçüncü Respublikanın mövcudluğu dövründə Xarici İşlər Nazirliyinin fəaliyyətinin 75-80 faizi, ədalətli olsaq, münaqişə ilə və ya münaqişədən irəli gələn hərəkətlər və fəaliyyətlərlə bağlı olub”, – Paşinyan vurğulayıb.

Azərbaycan və Ermənistan XİN başçıları mayın 19-da görüşəcəklər

Bəs yeni ad hansı keyfiyyət dəyişikliyinə gətirə bilər? Rəsmi İrəvan gerçəkdənmi münaqişə səhifəsini çevirmək və Bakı ilə sülhü yaxınlaşdırmaq niyyətindədir? Azərbaycan da eyni addıma gedə bilərmi?

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, nazirliyin adını dəyişməsi Azərbaycan və Türkiyə ilə ticarət əlaqələrini bərpa etmək niyyətindən irəli gəlir. Onun sözlərinə görə, Paşinyan yeni Ermənistan qurmağa çalışır və XİN-nin adına bir söz əlavə olunması da bu istiqamətdə atılan addımlardan biridir: “Prinsipcə, Azərbaycan üçün böyük əhəmiyyət kəsb etməyən məsələdir. Yəni adı qalsaydı da ticarət əlaqələrini bərpa etmək mümkün olacaqdı. Hər halda, yeni bir addım kimi baxmaq lazımdır. Əsas odur ki, ərazi iddiaları, Qarabağ adı konstitusiyadan çıxarılsın. Azərbaycan üçün ən mühüm məsələ, sülh müqaviləsinin imzalanmasının şərti bu problemdə dayanır. Ona görə Paşinyan daha çox bu dəyişikliyə diqqət yetirməlidir, nəinki nazirliyin adına”.

Ani Badalyan: Sülh sazişini imzalamağa hazırıq

Ramiyə Məmmədovanın dediyinə görə, XİN adına əlavə keçmişin qalıqlarından qurtuluş da sayıla bilər: “İqtisadi əlaqələrə gəlincə, de-fakto münasibətlər var. Azərbaycanın enerji məhsulları ixrac olunur, tranzit keçməklə Rusiya malları Ermənistana gedir. İndi bu əlaqələri genişləndirmək lazımdır və əməkdaşlıq formatına çevirməliyik. Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlıq həm də dayanıqlı sülh deməkdir, təhlükəsizliyin qarantiyası deməkdir. Eyni zamanda, Türkiyə ilə ticarət dövriyyəsi daha böyük həcmdə gözlənilir. Bu da Rusiyadan asılılığı azaldacaq”.