ABŞ Ukrayna ilə bağlı növbəti sülh danışıqlarına Avropa ölkələrini də dəvət edəcəkbackend

ABŞ Ukrayna ilə bağlı növbəti sülh danışıqlarına Avropa ölkələrini də dəvət edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ nümayəndələri Cared Kuşner və Stiv Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı növbəti sülh danışıqlarında Avropa ölkələrinin də iştirak edəcəyini bildiriblər.

Editor.az xəbər verir ki, Məlumata görə, ABŞ nümayəndələri əvvəlcə Əbu-Dabidə, daha sonra Moskvada danışıqlar aparıblar. Avropa liderləri bu qərarı müsbət qarşılayaraq Ukraynanın və Avropanın gələcək təhlükəsizlik məsələlərinin onların iştirakı olmadan müzakirə edilməsinin yolverilməz olduğunu vurğulayıblar.

Rusiya Prezidenti Vladimir Putin isə Ukrayna ərazisində Avropa qoşunlarının yerləşdirilməsi və demilitarizasiya zonalarının yaradılması təkliflərinə qarşı çıxıb. Moskva həmçinin Ukraynanın dörd regionu ilə bağlı ərazi iddialarından geri çəkilmək niyyətində olmadığını bildirib.

Avropa ölkələri gələcək danışıqlarda vahid mövqe formalaşdırmağa çalışırlar.

//Samir Qurbanov, Editor.az