Şimali Avropa ölkələri birgə müdafiə əməkdaşlığını gücləndirirbackend

Şimali Avropa ölkələri birgə müdafiə əməkdaşlığını gücləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Avropanın beş ölkəsi müdafiə sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə yeni birgə saziş hazırlamağa razılaşıb.

Editor.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, razılaşma Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç arasında hərbi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.
Təşəbbüs çərçivəsində hərbi qüvvələrin region daxilində hərəkətinin və birgə fəaliyyətinin asanlaşdırılması planlaşdırılır.

Bu əməkdaşlıq Şimali Avropada müdafiə imkanlarının əlaqələndirilməsi, hərbi logistikanın təkmilləşdirilməsi və təhlükəsizlik sahəsində koordinasiyanın artırılması baxımından əhəmiyyət daşıyır.

Yeni sazişin hazırlanması region ölkələrinin müdafiə siyasətində daha sıx inteqrasiyaya yönəlmiş addım kimi qiymətləndirilir.

//Samir Qurbanov, Editor.az