ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edərək, Vaşinqtonun müttəfiqlərinə və gəmilərinə təhlükə yaranacağı təqdirdə hərbi güc tətbiq etməkdən çəkinməyəcəyini bildirib.
Tramp müsahibəsində ABŞ-ın müttəfiqlərinin təhlükəsizliyini təmin etmək üçün zəruri addımlar ata biləcəyini vurğulayıb.
Bununla yanaşı, ABŞ prezidenti Fars körfəzi ölkələrinin müraciətindən sonra İrana qarşı yeni zərbələrin dayandırıldığını da bildirib.
Digər tərəfdən, İranın İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndə yerləşən ABŞ-ın erkən xəbərdarlıq radarını hədəfə aldığını açıqlayıb.
Beləliklə, Vaşinqton və Tehran arasında hərbi qarşıdurmanın genişlənməsi ilə bağlı narahatlıqlar beynəlxalq gündəmdə qalmaqdadır.
//Samir Qurbanov, Editor.az

