Polşa hökuməti Ukrayna üçün ABŞ istehsalı olan silahların satın alınmasının maliyyələşdirilməsində iştirakını dayandırmaq qərarına gəlib.
Bunu Polşanın Baş naziri Donald Tusk mətbuat konfransında açıqlayıb.
Hökumət başçısı bildirib ki, NATO-nun baş katibi Mark Rütte ilə söhbəti zamanı Polşanın PURL proqramına hazırkı mərhələdə maliyyə vəsaiti ayırmayacağını diqqətə çatdırıb.
Qeyd edək ki, PURL proqramı Avropa ölkələrinin maliyyə vəsaiti hesabına Ukrayna üçün ABŞ istehsalı olan silah və hərbi texnikanın satın alınmasını nəzərdə tutur.
Donald Tuskun sözlərinə görə, bu qərar ölkənin dövlət büdcəsindəki yüksək kəsir və müdafiə xərclərinin artması ilə əlaqədardır.
//Gülnarə Abasova, Editor.az

