ASEAN ölkələri Myanma ilə münasibətlər məsələsində fikir ayrılığı yaşayırbackend

ASEAN ölkələri Myanma ilə münasibətlər məsələsində fikir ayrılığı yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) üzvləri Myanmanın təşkilatın yüksək səviyyəli görüşlərində iştirakına qoyulan məhdudiyyətləri yenidən nəzərdən keçirməyə hazırlaşırlar.

Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, Tailand və bəzi digər üzv ölkələr Myanma ilə diplomatik əlaqələrin genişləndirilməsini dəstəkləyir. Bununla yanaşı, bəzi dövlətlər hərbi hakimiyyətin ölkədəki siyasi böhranı aradan qaldırmaq üçün kifayət qədər addım atmadığını düşünür.

Myanmada 2021-ci ildə baş vermiş hərbi çevrilişdən sonra vətəndaş müharibəsi davam edir. Münaqişə nəticəsində çoxsaylı insan həlak olub, milyonlarla sakin yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.

ASEAN daxilində əsas mübahisə Myanma ilə əlaqələrin hansı şərtlərlə bərpa edilməsidir.

//Samir Qurbanov, Editor.az