ABŞ və Tayvan arasında 95 milyon dollarlıq müqavilə imzalanıbbackend

ABŞ və Tayvan arasında 95 milyon dollarlıq müqavilə imzalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Tayvan arasında 95 milyon dollarlıq silah müqaviləsi imzalanıb.

Editor.az-ın İHA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, razılaşma ABŞ prezidenti Co Baydenin vəzifəyə başlamasından bəri üçüncü silah müqaviləsidir.

Müqavilənin Patriot hava hücumundan müdafiə sistemlərinin texniki və təchizat dəstəyi üçün olduğu bildirilib. Razılaşmaya əsasən regional, siyasi və hərbi balansın qurulmasına töhfə verəcək raketlərin hava əməliyyatlarına hazır olması təmin ediləcək. Müqavilə imzalandıqdan sonra Tayvan tərəfi ABŞ-a öz minnətdarlığını bildirib. Tayvan Müdafiə Nazirliyi bu müqavilənin həyata keçirilməsi ilə ölkələr arasında münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıb.

//Editor.az