“Azərbaycan müharibə istəmir amma tezliklə…” – Türk hərbi ekspertdən SENSASİON AÇIQLAMAbackend

“Azərbaycan müharibə istəmir amma tezliklə…” – Türk hərbi ekspertdən SENSASİON AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xüsusilə İkinci Qarabağ savaşından sonra baş verən proseslər, antiterror tədbirləri və Rusiyanın həmin dönəmlərdə Ermənistana silah yardımlarını gecikdirməsi Ermənistanın Rusiyanı ittiham etməsi ilə nəticələndi. Onsuz da Ermənistan Rusiya ilə Avropa İttifaqı arasında sallanıb dururdu. Bir o tərəfə, bir bu tərəfə gedirdi”.

 

Bu fikirləri Musavat.com-a açıqlamasında Türkiyənin tanınmış hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar deyib.

AGAR.png (319 KB)

O bildirib ki, Ermənistan “Rusiya savaşda bizə kömək etmədi” deməklə Qərbə doğru bir istiqamət götürüb:

“Qərb də bu istiqamətlənmədən çox yaxşı formada yararlandı və istifadə etməkdə davam edir – Cənubi Qafqaza sirayət etmək üçün. Ukrayna tərəfdə bir müharibə var, Rusiyanın konsentrasiyası var və s. Belə olan təqdirdə Ermənistanın torpaqlarını istifadə etməklə bir geosiyasi savaş, mübarizə var.

Xüsusi vurğulamaq lazımdır ki, bu nöqtədə Rusiyanın əli yenə də çox güclüdür. Ermənistan Rusiyadan çox asılıdır. Digər tərəfdən isə Rusiyanı çox qəzəbləndirir. 5 apreldə Brüsseldə çox önəmli bir görüş olacaq. Orada qəbul ediləcək qərarların tətbiq forması xüsusilə önəmlidir. Bir reallıq var – Qərb Asiyada irəliləmək üçün Ermənistandan istifadə edir. Rusiyanın isə bu duruma təmkinlə yanaşdığını görürük. Rusiya Ermənistanı itirmək istəmir. Amma Rusiya Ermənistana “dur” deyəcək. Bu isə bütün çətin şərtlərə baxmayaraq, region reallıqları üzərindən olacaq. Əlbəttə, bu məsələlər də birbaşa Azərbaycanı narahat edir. Çünki sülh sazişi imzalanmayıb, Zəngəzur məsələsi həll olunmayıb. Bu isə özü ilə risklər gətirir”.

Abdullah Ağar vurğulayıb ki, Ermənistan sülh sazişini imzalamaq istəmir:

“Bu isə müharibə səbəbidir. İmzalanmayan sülh sazişi qeyri-sabitliyin əsas səbəbidir. Buna görə də yeni müharibə başlaya bilər. Sülh sazişinin imzalanmamasından istifadə edirlər. Biz müharibə istəmirik, amma bizi bir savaşın içərisinə çəkə bilərlər. Bu mənada təşəbbüsü əldən verməmək son dərəcə önəmlidir. Yəni başqasının istədiyi yerdə, zamanda və formada bir savaşa girməmək önəmlidir”.