Bakıda yol qəzası baş verib, 3 nəfər yaralanıb – FOTObackend

Bakıda yol qəzası baş verib, 3 nəfər yaralanıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Sumqayıt şossesində ağır yol qəzası baş verib.

Editor.az  APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

“Isuzi” markalı kiçiktutumlu yük maşını yüksək sürətə “Mercedes” markalı minik avtomobilinə, sonra beton yol ayrıcına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilinin sürücüsü və “Mercedes”də olan sərnişin ağır bədən xəsarəti alıb.

Hazırda Bakı-Sumqayıt şossesinin paytaxt istiqamətində, beynəlxalqa avtovağzalın yaxınlığında avtomobillərin hərəkətində tıxac yaranıb.