Bayden:”Şərqi Ukraynada keçirilən referendumlar tamamilə saxtadır”backend

Bayden:”Şərqi Ukraynada keçirilən referendumlar tamamilə saxtadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində keçirilən Rusiyaya ilhaq referendumlarının “tamamilə yalan” olduğunu bildirərək Rusiyanın Ukrayna ərazisindəki iddialarını heç vaxt tanımayacaqlarını bəyan edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Bayden ABŞ-Sakit Okean Ada Ölkələri Sammiti çərçivəsində etdiyi çıxışda Ukraynada keçirilən referendumlarla bağlı ilk açıqlamalarını verib.

“Birləşmiş Ştatlar Rusiyanın suveren Ukrayna ərazisi ilə bağlı iddialarını heç vaxt qəbul etməyəcək. Bu qondarma referendum tamamilə saxtadır. Referendumun nəticələri Moskvada hazırlanıb”, – deyə Bayden bildirib.

//Gülnarə Abasova, Editor.az