BVF: Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarına qarşı gözlənildiyindən daha yaxşı müqavimət göstərirbackend

LBVF: Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarına qarşı gözlənildiyindən daha yaxşı müqavimət göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Valyuta Fondu (BVF) Rusiya iqtisadiyyatının Ukraynaya müdaxiləsindən sonra Qərb ölkələrinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara gözlənildiyindən daha yaxşı müqavimət göstərdiyini bəyan edib.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki,  açıqlamada bildirilir ki, Rusiya iqtisadiyyatının gözləniləndən də yaxşı vəziyyətdə olmasının səbəbi enerji qiymətlərinin yüksək olmasıdır.

Qeyd edək ki, Qərbin sanksiyalarının məqsədi Rusiyanı qlobal maliyyə sistemindən kənarlaşdırmaq və Moskvanın müharibəni maliyyələşdirmək üçün vəsait tapmasını çətinləşdirmək idi. BVF “Dünya İqtisadi Görünüş” hesabatında Rusiyanın ümumi daxili məhsulunun təxminini 2,5 faiz artırıb. Buna baxmayaraq BVF Rusiya iqtisadiyyatının 2022-ci ildə 6 faiz kiçiləcəyini proqnozlaşdırmışdı. Hesabatda deyilir ki, enerji qiymətləri gözləniləndən yüksək olaraq qaldığı üçün Rusiya iqtisadiyyatı ikinci rübdə daha az daralıb.

//Gülnarə Abasova, Editor.az