Bu gün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov rəsmən vəzifəsindən azad edilib.
Mia.az-ın əldə etdiyi məlumata görə, mayın 1-də məzuniyyət müddəti bitən nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov barədə əmr artıq rəsmiləşib: “O, artıq KTN-nin mətbuat katibi deyil”.
Məlumata görə, o, Həmkarlar İttifaqı Konfederasiyasında eyni adlı vəzifəyə gətirilib.
Editor.az xatırladır ki, bu vəzifədə indiyədək Elvin Dəmirli çalışırdı. O media və kommunikasiya şöbəsinin müdir əvəzi vəzifəsinə 9 ay öncə təyin edilib. 2 əvvəl isə o şöbənin müdiri postuna rəsmən təsdiq edilmişdi.
Vüqar Hüseynovun təyinatı ilə Elvin Dəmirli də vəzifəsi ilə vidalaşmalı olub.
Editor.az məlumata münasibət öyrənmək məqsədi ilə Elvin Dəmirli və AHİK-lə əlaqə saxlamağa çalışsa da, sorğulara cavab verilməyib.

