Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı dayandırdıbackend

Azərbaycan Avropa Parlamenti ilə əməkdaşlığı dayandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyəti ilə bağlı qərar qəbul edib.

Editor.az  xəbər verir ki, qərarın mətnini Ziyafət Əsgərov səsləndirib.

O, üç istiqamətdə təkliflə çıxış edib:

“Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılsın;

Milli Məclisin Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulsun;

Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli Məclisinin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılsın və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmasın”.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.