Ərdoğan 3 gün sonra İrəvanda olacaq? – Paşinyan gözləmədə, Bakı isə…backend

Ərdoğan 3 gün sonra İrəvanda olacaq? – Paşinyan gözləmədə, Bakı isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin (ASB) mayın 4-də İrəvanda keçiriləcək 8-ci toplantısına dəvət olunub. Məlumatı Türkiyə mediası yayıb.

Türkiyə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılan ASB-nin 2022-ci il oktyabrın 6-da Praqada keçirilən ilk iclasında iştirak edib. O, həmçinin, 2024-cü il noyabrın 7-də Budapeştdə və 2025-ci il mayın 16-da Tiranada keçirilən sammitlərə qatılıb. Lakin dəvət almasına baxmayaraq, 2023-cü ildə İspaniya və Moldovada, 2024-cü ildə Böyük Britaniyada, 2025-ci ildə isə Danimarkada baş tutan görüşlərdə iştirak etməyib. Türkiyə liderinin İrəvan zirvəsində iştirakı ilə bağlı hələlik Ankaradan rəsmi açıqlama verilməyib. Qaydalara əsasən, iclasda yalnız dövlət və hökumət başçıları təmsil oluna bilər. Lakin hazırkı məqamın həssaslığı ondadır ki, dəvət Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atıldığı dövrə təsadüf etməsidir.

Ərdoğan İrəvana GEDİR, Bakı ilə SÜLH müqaviləsi isə… - Veteninfo.Az

Ərdoğan Ermənistana gedərmi? Bu, Paşinyanın seçkilər öncəsi “əlini” nə dərəcədə gücləndirər?

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də İrəvan sammitinə dəvət alıb. Türkiyə lideri səfərlə bağlı qərarı Bakı ilə məsləhətləşərək verəcəkmi?

Hüquqşünas, siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirdi ki, Türkiyə və Azərbaycan prezidentlərinin sammitə dəvət olunması hər iki ölkənin regionda real təsir gücünə malik dövlətə çevrilmələrinin göstəricisidir: “Nəzərə almaq lazımdır ki, Avropa Siyasi Birliyi klassik mənada Avropa İttifaqı kimi beynəlxalq qurum deyil, daha geniş beynəlxalq siyasi dialoq platformasıdır. Birliyin toplantılarında iştirak təkcə ev sahibi ilə münasibətlərə deyil, bütövlükdə Avropanı narahat edən məsələlərə münasibət baxımından əhəmiyyətli hesab olunmalıdır. İstər Rusiya-Ukrayna, istərsə də ABŞ – İsrail cütlüyünün İrana qarşı müharibəsi kontekstində hər iki dövlət yaxın qonşularla və Avropa ölkələri ilə balanslı siyasət aparır, Şərq-Qərb və Şimal-Cənub arasında qarşılıqlı faydalı əlaqələrin qurulması və inkişafında, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, enerji və nəqliyyat dəhlizlərinin, o cümlədən Zəngəzur dəhlizinin tezliklə işə düşməsində əhəmiyyətli rol oynayır, tədricən diplomatik çəkisini artırır və tərəfsiz diplomatik mərkəzə çevrilir”.

Qulamhüseyn Əlibəyli: “Mehdiyevlə bağlı həbslər davam edəcək”

Q.Əlibəyli açıqladı ki, Türkiyə həm də Rusiya-Ukrayna müharibəsində vasitəçilik missiyasını həyata keçirib və bunu davam etdirmək niyyətindədir: “Ona görə də həm cənab Ərdoğanın və həm də cənab İlham Əliyevin dəvət olunmasını təsadüfi saymaq olmaz. Əlbəttə, Ərdoğanın dəvət olunduğu toplantıda iştirak edib-etməməsi bir çox amillərdən, o cümlədən geosiyasi və digər hesablamalardan asılı olaraq həll ediləcək. Güman ki, qardaş ölkənin müvafiq strukturları və beyin mərkəzləri bu hesablamaları aparırlar. Eyni zamanda, Ərdoğanın İrəvandakı toplantıda iştirakı məsələsi müzakirə olunarkən bir məsələni nəzərdən qaçırmaq olmaz. Bu da bütövlükdə Ermənistan cəmiyyətinin Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşmasına tam hazır olmamasıdır. Bir neçə gün bundan əvvəl İrəvanda uydurma genosid yürüşü və Türkiyə bayrağının yandırılması təhlükəli simptomdur”.

Mütəxəssis qeyd etdi ki, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik anlaşması var və tərəflər xarici siyasət sahəsindəki fəaliyyətlərini əlaqələndirirlər: “Ona görə də toplantıda iştirakla bağlı Azərbaycan və Türkiyə arasında məsləhətləşmələrin olması təbiidir. Qənaətimə görə Ərdoğanın bu toplantıda iştirakı həm Türkiyə, həm də Azərbaycan üçün faydalı olar. Bu iştirak bir tərəfdən, Avropa ölkələri ilə dialoqun davam etdirildiyini göstərər, digər tərəfdən isə Avropanın hərbi təhlükəsizliyində Türkiyənin rolunu, enerji təhlükəsizliyində isə Ankara və Bakının rolunu bir daha qabardar. Eyni zamanda, Cənubi Qafqazda kommunikasiya və təhlükəsizlik məsələlərinə, bütövlükdə regionda geosiyasi balanslara, region dövlətləri arasında münasibətlərin daha da yumşalmasına təsir edə bilər. Başqa sözlə, bu iştirak Cənubi Qafqaz regionunun Avropanın və beynəlxalq aləmin diqqət mərkəzində qalmasına, Türkiyə və Azərbaycanın diplomatik manevr imkanlarını artmasına, enerji, nəqliyyat və təhlükəsizlik layihələrində rolunun güclənməsinə, Cənub Qaz Dəhlizi kimi layihələrin əhəmiyyətinin bir daha önə çəkilməsinə gətirib çıxarar, Bakı–Ankara xəttinin Avropa üçün alternativ marşrut kimi rolunu artırar”.

Q.Əlibəyli əlavə etdi ki, ASB toplantısının Ermənistanda parlament seçkiləri ərəfəsinə təsadüf etməsi bütün hallarda Paşinyanın mövqeyini gücləndirir.