Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yeni icraçı direktoruna müavin təyin olunub.
Oxu.Az-ın məlumatına görə, həmin vəzifəyə Rahim Mahir oğlu Hüseynov gətirilib.
Belə ki, o, 2025-ci ildən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Həmçinin, o, 2024-cü ildən Azərbaycan Auditorlar Palatasının üzvüdür.


