Səhiyyə Nazirliyinin Aparatında vəzifəli şəxs vəzifəsindən azad olunub.
Editor.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, nazirliyin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova vəzifədən azad olunub.
Bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, Təranə Əhmədova öz istəyi ilə vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Təranə Əhmədova uzun illər Səhiyyə Nazirliyində aparıcı məsləhətçisi və digər vəzifələrdə çalışıb.

