ABŞ komandanlığı Avropadakı hərbçilərinin sayını açıqladıbackend

ABŞ komandanlığı Avropadakı hərbçilərinin sayını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Avropada təxminən 80 min ABŞ hərbçisi yerləşdirilib.

Editor.az xəbər verir ki, bu barədə ABŞ-ın Avropa Komandanlığının (EUCOM) sözçüsü məlumat verib.

Bildirilib ki, təxminən 38 min amerikalı hərbi qulluqçu Almaniyada daimi və rotasiya əsaslı xidmət aparır. Komandanlıq nümayəndəsi əlavə edib ki, qoşunların sayı və strukturu daim dəyişir. ABŞ hərbi qüvvələri Almaniyada əsasən Visbaden, Reynland-Pfalts, Ştutqart və Bavariya kimi bölgələrdə yerləşdirilib.

//Gülnarə Abasova, Editor.az