Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? – RƏSMİ AÇIQLAMAbackend

Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib.

Məsələ ilə bağlı Baş Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır”.