Fələstin Ukrayna ilə bağlı bu xəbəri təkzib edibbackend

Fələstin Ukrayna ilə bağlı bu xəbəri təkzib edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin hökuməti Livandakı fələstinli qaçqınların Ukraynada Rusiya ordusu ilə döyüşmək üçün müharibəyə cəlb edilməsi ilə bağlı iddiaları rədd edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada qeyd edilib.

Açıqlamada fələstinlilərin heç bir müharibə və münaqişə tərəfi olmadığı vurğulanıb.

Onu da qeyd edək ki, bir neçə xəbərdə Rusiya Livandakı fələstinli qaçqın düşərgələrindən muzdlu əsgərlər tapmağa çalışır iddiasını irəli sürülüb. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, təxminən 200 min fələstinli qaçqın Livandakı 12 düşərgədə yaşayır.

//Safura Bənnayeva, Editor.az