HƏYƏCAN TƏBİLİ! Bu binalarda yaşayanlar təhlükə ilə üz-üzədir… FOTObackend

HƏYƏCAN TƏBİLİ! Bu binalarda yaşayanlar təhlükə ilə üz-üzədir… FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər Bakıda xeyli sayda yeni binalar inşa edilib. Bu, şəhərin böyüməsi baxımından müsbət haldır. Lakin problemlər də ortaya çıxır. Belə ki, tikilən yeni binaların əksəriyyətinin katlavanı köhnə məhəllələrin ərazisində salınır. Yeni binaların köhnə məhəllələrin olduğu ərazidə tikilməsi vətəndaşların narazılığına səbəb olur.

Çünki yeni binalar sakinlərin asudə vaxtını keçirməsi üçün nəzərdə tutulan əraziləri zəbt edir. Hətta bununla bağlı bir neçə dəfə sakinlərlə tikinti şirkətləri arasında qalmaqal da olub ki, bunu da mətbuat səhifələrindən görmək olar.

Köhnə binaların yararsız vəziyyətdə olması ilə bağlı indiyədək bir çox materiallar hazırlanıb. Hətta onların söküləcəyi ilə bağlı Nazirlər Kabineti tərəfindən qərar da verilib. Yada salaq ki, NK-nın 25 fevral 2016-cı il tarixli qərarına əsasən köhnə binalar yeni binalarla əvəz olunması nəzərdə tutulurdu. 1-ci mikrorayonda artıq işlərə də başlanmışdı. Lakin sonrada prosesdə ləngimə müşahidə edildi və söküntü işləri həyata keçirilmədi.

2016-cı ildən bu günə qədər dəfələrlə ekspertlər “xruşşovka” tipli binaların istismar müddətinin başa çatdığını və artıq istifadəyə yararsız vəziyyətdə olduğunu bildirir.

Binaların infrastruktur baxmından bir çox lazımı avadanlıqları sıradan çıxıb. Onlardan biri də yanğın şitləridir ki, ekspertlərə görə, bu, çox ciddi problemlərə yol aça bilər.

Ekspertlər bildirirlər ki, binalarda hər hansısa kiçik bir alovlanma olarsa Bakı küləyi onu şiddətli yanğına, təhlükəyə çevirə bilər. İlkin tədbir görmək üçün isə heç bir avadanlıq mövcud deyil.

Köhnə binaların sakinləri ilə söhbətimiz zamanı onlar da bildirdilər ki, yanğın şitinin olmaması məsələsini dəfələrlə qabartsalar da, bununla bağlı tədbir görən yoxdur.

Köhnə binaların sakinləri bildirdilər ki, heç vaxt yaşadıqları binada yanğın şiti və ya yanğın qolu görməyiblər:
“Hamısı sovet dövrünün binalarıdır. Nəinki yanğın şiti, heç binanın normal giriş qapısı yoxdur”.

Yeni tikilən binalarda yaşayan sakinlər isə dedilər ki, yanğın şiti görüntü olaraq var olsa da, əslində onun istismara yararlı olub-olmadığı yoxlanılmır.

Badamdarda yeni sürüşmə “kabusu”: görülən işlər niyə nəticə vermir?

Sovet dövründə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş, ekspert Əzim Məsimov mövzu ilə bağlı Musavat.com-a bildirdi ki, köhnə binalara bundan sonra nəyinsə əlavə olunması real görünmür:
“Onlar sökülməli və yerində yeni binalar tikilməlidir.

Yanğın baş verən zaman isə vətəndaşlar Fövqəladə Hallar Nazirliyinə məlumat verirlər. Yanğınsöndürənlər gəlib çıxanda da görürlər ki, bina yanıb, qurtarıb. Burada ilkin tədbir görmək üçün lazımı avadanlıqların olmaması da əsas məsələlərdən biridir.
Doğrudur, dövlət iş adamlarına şərait yaradıb ki, köhnə binaların əvəzinə yeni, müasir tipli binalar tiksinlər. Ancaq qəzalı binalar da az deyil. Adam bu binaları görəndə onu dəhşət bürüyür ki, insan burada necə yaşayır?

Yanğın söndürən gəlib yanğını söndürəndə istəyir ki, su mənbəyinə qoşulub, işini görsün. Ancaq bu gün binaların çoxunda su mənbəyi, yanğın qolu yoxdur. Yanğın şitini düzəltdirmək həmin binanı tikən, nəzarət edən sahibkarın işidir. Onlar isə məsələyə biganə yanaşırlar”.

Musavat.com