Hikmət Hacıyev: “Suriyanın əvvəlki rejimi beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı”backend

Hikmət Hacıyev: “Suriyanın əvvəlki rejimi beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Suriyadakı məsələlərlə bağlı Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı olub, Suriya xalqına təbriklər çatdırılıb”.

Editor.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Hikmət Hacıyevin sözlərinə görə, Əsəd rejiminin çökməsindən sonra Azərbaycan ümid edir ki, Suriyada sabitlik bərpa olunacaq:

“Suriyanın əvvəlki rejimi bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaradırdı”.