İranlı siyasi ekspert: “Müharibə ehtimalı azdır, danışıqlar müsbət nəticə verəcək”backend

İranlı siyasi ekspert: “Müharibə ehtimalı azdır, danışıqlar müsbət nəticə verəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər iki tərəf danışıqlarda tarazlığın qorunması üçün daha çox səy göstərməlidir”.

Editor.az xəbər verir ki, bu fikirləri İranda fəaliyyət göstərən Yaxın Şərq Strateji Araşdırmalar İnstitutunun direktoru, İslam Azad Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Kayhan Bərzəgər Valday Diskussiya Klubunda çıxışı zamanı İran və ABŞ arasında müharibə ehtimalını dəyərləndirərkən səsləndirib.

Kayhan Bərzəgər bildirib ki, hazırda müharibənin baş verib-verməyəcəyi ilə bağlı ciddi suallar mövcuddur, lakin qarşı tərəf strateji səhvlərə yol vermədiyi təqdirdə bu ssenari o qədər də real görünmür.

“Bu nə üçün az ehtimallıdır? Çünki ABŞ daha əvvəl İranla müharibəyə cəhd edib. İran bəlkə ABŞ-la müharibədə qalib gələ bilməz, lakin əminliklə demək olar ki, ABŞ öz müttəfiqlərindən geri çəkilməyəcək və düşünürəm ki, amerikalılar bunu yaxşı anlayırlar. Bu baxımdan, bir tərəfdən ABŞ istər qısamüddətli, istərsə də uzunmüddətli müharibə yolu ilə məqsədlərinə nail ola bilmir. Digər tərəfdən isə iqtisadi vəziyyət belədir ki, İran hakimiyyəti və İran xalqı sanksiyaların aradan qaldırılması üçün danışıqlarda maraqlıdır, çünki əhalinin həyat səviyyəsi və rifahı birbaşa bundan asılıdır”, – deyə ekspert vurğulayıb.

İranlı siyasi analitik əlavə edib ki, hər iki tərəf real vəziyyətə və keçmiş təcrübələrə əsaslanaraq danışıqlarda tarazlığı qorumaq üçün daha çox səy göstərməli olduqları qənaətinə gəlir: “Ümumilikdə, müharibə ehtimalının aşağı olduğunu və bu dəfə danışıqların daha müsbət nəticələnəcəyini düşünürəm”.

//Gülnarə Abasova, Editor.az