Beş aylıq hamilə olan Astara sakini Bakıda xəstəxanaların birində ölüb.
Editor.az APA-ya istinadən xəbər verir ki, rayonun Rinə kənd sakini, Zümrüd Kamran qızı Hacıyeva səhhətində yaranan ağırlaşmalar səbəbindən müalicə üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.
Məlumata görə, beş ildir ailəli olan Z.Hacıyeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Meyit ailəsinə təhvil verilib və kənd qəbiristanlığında dəfn olunub.

