Diplomatik mənbələrə görə, ABŞ və İran danışıqlara açıqdırlar. Onlar növbəti danışıqlar raundunu İslamabadda keçirə biləcəyini qeyd ediblər.
“Hər iki tərəf – ABŞ və İran, danışıqlar aparmaq istəyini bildiriblər.” – mənbələr bildirir. Lakin bir mənbə növbəti görüşün tarixinin hələ razılaşdırılmadığını vurğulayıb.
Qeyd edək ki, 8 apreldə ABŞ və İran iki həftəlik atəşkəs və danışıqlar aparmaq qərarına gəliblər. ABŞ və İran nümayəndə heyətləri arasında görüş şənbə günü İslamabadda başlayıb və bazar günü səhər tezdən başa çatıb. Danışıqlardan sonra tərəflər ortaq məxrəcə gələ bilmədiklərini elan ediblər.
//Samir Qurbanov, Editor.az

