Nigeriya sahillərində pirat hücumu: 15 nəfər qaçırıldıbackend

Nigeriya sahillərində pirat hücumu: 15 nəfər qaçırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada piratlar Cross River ştatına bağlı Oron sahilləri yaxınlığında neft tankerinə hücum ediblər.

Editor.az xəbər verir ki, polis sözçüsü Sunday Eitokpah hücum zamanı gəmidə olan 15 nəfərin qaçırıldığını açıqlayıb.

Rəsmilər hadisədən dərhal sonra təhlükəsizlik qüvvələrinin sürətlə əraziyə cəlb olunduğunu və qaçırılan şəxslərin azad edilməsi üçün axtarış-xilasetmə əməliyyatına başlanıldığını bildiriblər.

Hücumun baş verdiyi Qvineya körfəzi uzun müddətdir dünyanın ən təhlükəli dəniz bölgələrindən biri hesab olunur və gəmilərə qarşı pirat hücumları ilə tanınır.

//Gülnarə Abasova, Editor.az