Yaponiya hökuməti “Müdafiə Təchizatlarının Transferinə dair Üç Prinsip” adlanan qaydalara dəyişiklik edərək, silah ixracına tətbiq olunan məhdudiyyətləri faktiki olaraq ləğv edib.
Bu barədə Editor.az xarici mediaya istinadən məlumat yayıb.
Nazirlər Kabinetinin baş katibi Minoru Kiharanın sözlərinə görə, qəbul edilən qərar Yaponiya ətrafında sürətlə dəyişən təhlükəsizlik şəraitində ölkənin müdafiəsinin təmin olunmasına xidmət edəcək.
O bildirib ki, bölgədə sülhün qorunması üçün silah ixracının artırılması və müttəfiq ölkələrin müdafiə imkanlarının gücləndirilməsi zəruridir.
//Gülnarə Abasova, Editor.az

