Mustafa Cəmiloğlu: Nə qədər ki, Krım körpüsü partladılmayıb, qaçın gedin!backend

Mustafa Cəmiloğlu: Nə qədər ki, Krım körpüsü partladılmayıb, qaçın gedin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krımın işğalından sonra yarımadaya gələn ruslar Rusiyaya qayıtmalıdırlar.

Editor.az-ın məlumatına görə, bu barədə Krım tatar xalqının lideri Mustafa Cəmiloğlu avqustun 27-də “Krım.Realii”yə bildirib.

“İşğaldan sonra, bizim hesablamalarımıza görə, Krıma 600 mindən 1,5 milyona qədər rus gəlib. Mənim mövqeyim belədir: onların orada qalmalarından söhbət gedə bilməz. Onlar Ukrayna qanunlarını pozaraq sərhədi keçiblər. Əgər silahlı olublarsa, bu səkkiz il həbs deməkdir.

Ona görə də bu ruslar üçün ən yaxşısı variant vətənlərinə qayıtmaqdır”.

Krım tatar xalqının lideri qeyd edib ki, ruslar qanunsuz tikilmiş Krım (Kerç) körpüsü dağıdılana qədər oranı tərk edə bilərlər. “İndi Kerç körpüsü ilə nə etmək barədə çox müzakirələr gedir. Belə bir fikir var ki, o partladılarsa, ruslar necə qaçacaqlar? Amma bu körpüdən çoxlu sayda silah göndərilir ki, vətəndaşlarımızı öldürsünlər. Ona görə də bu körpünün dağıdılması çox düzgün, qanuni həll yoludur. Körpü qanunsuzdur”, – Cəmiloğlu vurğulayıb.

O, izah edib ki, Krım körpüsünün dağıdılması məsələsini Ukrayna komandanlığı həll edəcək. “Bunun alınmaz olmasından danışsaq… “Moskva” kreyseri də “əlçatmaz” idi, amma “matroslar siqaret çəkdilər” və o, batdı. Düşünürəm ki, bu cür hallar, davam edəcək və bu, tamamilə doğrudur” – Cəmiloğlu deyib.

  //Samir,Editor.az