NATO ölkələri Ukrayna üzərində Rusiya raketlərini vurmaqdan qorxurbackend

NATO ölkələri Ukrayna üzərində Rusiya raketlərini vurmaqdan qorxur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO ölkələri Vladimir Zelenskinin Rusiya raketlərini Ukrayna üzərindən vurmaq çağırışına çox şübhə ilə yanaşırlar.

Editor.az bildirir ki, bunu Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış deyib. O, Zelenskinin xahişinə təəccüblənmir, lakin izah edib ki, Polşa öz maraqlarına uyğun qərarlar verəcək. “Heç bir ölkə fərdi qaydada belə qərarlar qəbul etməyəcək.

Mən NATO-da belə bir qərarın tərəfdarlarını görmədim”, – deyə Kosiniak-Kamış Polşanın RAR agentliyinə müsahibəsində bildirib. İyul ayında Ukrayna prezidenti və Polşanın baş naziri Donald Tusk müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb. Vladimir Zelenskinin sözlərinə görə, saziş Ukrayna üzərində Rusiya raketlərini vurmaq qabiliyyətini ehtiva edib. Lakin Polşa Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, Varşava təkbaşına belə bir tədbir görə bilməz. Rusiya Xarici İşlər Nazirliyi Polşanın Rusiya raketlərini ələ keçirməyə cəhd edəcəyi təqdirdə ölkənin cavab verəcəyi ilə hədələyib. Almaniya kansleri Olaf Şolz da Zelenskinin oxşar tələbini rədd edib.

//Samir Qurbanov, Editor.az