NATO Rusiyanın Ukrayna ərazisində keçirməyi planlaşdırdığı “qondarma referendum”u pisləyibbackend

NATO Rusiyanın Ukrayna ərazisində keçirməyi planlaşdırdığı “qondarma referendum”u pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadan birtərəfli qaydada müstəqilliklərini elan edən Donetsk və Luqansk vilayətlərinin Rusiyaya birləşmək üçün sentyabrın 23-ü və 27-də referendum keçirməsi qərarından sonra müzakirələr hələ də davam edir.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə NATO-nun yazılı bəyanatında qeyd edilib. Bəyanata görə, Ukraynanın qismən Rusiya ordusunun nəzarətində olan bölgələrində Rusiya Federasiyasına qoşulmaq üçün qondarma “referendum”un keçirilməsi planı ən kəskin şəkildə pislənilir. Təhdidi və ya güc tətbiqi nəticəsində əldə edilən heç bir ərazi qazancının qanuni sayılmayacağını vurğulayan müttəfiqlər Rusiyanın Krımın qeyri-qanuni ilhaqını heç vaxt tanımayıb və tanımayacağını da xatırladıb. Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərində keçirilən saxta referendumların heç bir legitimliyi yoxdur və bu, BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Açıqlamada Rusiyanın elan etdiyi qismən səfərbərliyin Rusiya-Ukrayna müharibəsində vəziyyəti gərginləşdirdiyi bildirilib və Rusiyanın nüvə təhdidlərinin də rədd edildiyi vurğulanıb.

//Safura Bənnayeva, Editor.az