Ötən gün Azərbaycanda 33 kiloqrama yaxın narkotik aşkarlanıbbackend

Ötən gün Azərbaycanda 33 kiloqrama yaxın narkotik aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 5-də ümumi çəkisi 33 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 15 kiloqramdan artıq heroin, 16 kiloqrama yaxın marixuana, 2 kiloqramdan çox metamfetamin, həmçinin 1010 ədəd metadon həbi olub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.