Payız çağırışı ləğv olundu: müddətli hərbi xidmət keçənlər ehtiyata buraxılmayacaqbackend

Payız çağırışı ləğv olundu: müddətli hərbi xidmət keçənlər ehtiyata buraxılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski silahlı qüvvələrə payız çağırışının ləğvi haqqında fərman imzalayıb. Editor.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti yazıb.

Sənəddə çağırışçıların tərxis olunması da təxirə salınıb. Yəni ötən il orduya çağırılanlar ehtiyata gedə bilməyəcəklər. Burada hərbi qulluqçuların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı maddələr ləğv edilib. Tələb olunan müddəti keçənlər “müəyyən edilmiş qaydada tərxis olunmaq haqqında elandan”dan tez olmayaraq ehtiyata buraxılacalar. Bundan əvvəl yaz çağırışında da oxşar dəyişikliklər edilmişdi.

  //Samir,Editor.az