Tramp ABŞ və Kanada arasında ticarət sazişinin razılaşdırıldığını açıqladıbackend

Tramp ABŞ və Kanada arasında ticarət sazişinin razılaşdırıldığını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp ABŞ və Kanada arasında yeni ticarət sazişi üzrə razılığın əldə edildiyini açıqlayıb.

Editor.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə danışarkən bildirib. Onun sözlərinə görə, ABŞ-ın Kanadaya qarşı 50 faizlik gömrük rüsumları tətbiq etməsi planlaşdırılırdı, lakin Kanada tərəfi Vaşinqtonun tələblərini qəbul etdikdən sonra tərəflər razılığa gəliblər.

“Bu gün Kanadaya qarşı 50 faizlik rüsum tətbiq etməli idik, lakin onlar bizə zəng etdilər və ehtiyacımız olanı verdilər”, – deyə Tramp bildirib.

ABŞ prezidenti əldə olunan razılaşmanı “çox ədalətli” adlandırıb.

Xatırladaq ki, ABŞ iyul ayında Kanadadan idxal olunan bir sıra məhsullara əlavə 50 faizlik gömrük rüsumlarının tətbiqinə qərar vermişdi. Yeni tariflərin avqustun 19-dan qüvvəyə minməsi gözlənilirdi. Enerji resursları, kalium, dəniz məhsulları və kritik əhəmiyyətli minerallar isə yeni məhdudiyyətlərdən istisna edilmişdi.

//Gülnarə Abasova, Editor.az