Rusiya MN qoşunlarının Ukraynanın Liman şəhərindən geri çəkildiyini təsdiqlədibackend

Rusiya MN qoşunlarının Ukraynanın Liman şəhərindən geri çəkildiyini təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hərbçiləri Donetsk vilayətinin Krasnı Liman şəhərini tərk ediblər.

Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov brifinq zamanı bildirib.

Onun sözlərinə görə, hərbçilər daha sərfəli mövqelər tutacaqlar.

“Mühasirə təhlükəsinin yaradılması ilə əlaqədar olaraq, qoşunlarımız Krasnı Liman yaşayış məntəqəsindən daha sərfəli xətlərə çıxarılıb”, – Konaşenkov qeyd edib.