Şahin Həsənov yüksək vəzifəyə təyin olundu – FOTObackend

Şahin Həsənov yüksək vəzifəyə təyin olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis Aparatının rəhbərinə yeni müavin təyin olunub.

Editor.az  APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Şahin Həsənov təyin edilib.

Qeyd edək ki, Şahin Həsənov bundan əvvəl Milli Məclis Aparatında İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri olub.

Fotoda Şahin Həsənov

Şahin Həsənov yüksək vəzifəyə təyin olundu - FOTO

Xatırladaq ki, daha əvvəl Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov vəzifəsindən azad olunub və Prezident İlham Əliyevin sərəncamı ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib. Dövlət başçısının digər Sərəncamı ilə Yaşar Əməşova general-mayor ali hərbi rütbəsi verilib.