Sankt-Peterburq üzərində “xalı” planı ləğv edilib – YENİLƏNİB + FOTObackend

Sankt-Peterburq üzərində “xalı” planı ləğv edilib – YENİLƏNİB + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda “xalı” planı ləğv edilib, hava səfərləri yaxın vaxtlarda bərpa olunacaq.

Məlumat mediada yayılıb, ancaq rəsmi təsdiqini tapmayıb.

Bildirilir ki, şəhər üzərində hava məkanının bağlanmasına səbəb olan uçan naməlum obyekt də müəyyən edilməyib.

Qeyd edilir ki, obyekt əvvəlcə Finlandiya körfəzi üzərində müşahidə edilib.

12:21

Rusiyanın Sankt-Peterburq şəhərində səmada görünən uçan naməlum obyekt səbəbindən qırıcılar qaldırılıb və “xalı planı” (ölkənin hava sərhədləri pozulduqda verilir) tətbiq edilib.

Bundan başqa, Pulkovo hava limanı təyyarələri qəbul etmir; mülki təyyarələrin Sankt-Peterburq hava limanına daxil olmasına icazə verilmir – onlar şəhərdən uzaqda dövrə vurmağa məcbur olublar.

Bu barədə “Flightradar” xidmətinin məlumatında deyilir.