Şər qüvvələr bir arada: Fransanın müdafiə naziri Ermənistana gedirbackend

Şər qüvvələr bir arada: Fransanın müdafiə naziri Ermənistana gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti yaxın vaxtlarda Ermənistana səfər edəcək.

Lecornu Fransanın MBDA raket sistemləri istehsalçısı “Mistral MANPADS” ilə bağlı niyyət məktubunun imzalandığını elan edib. Ermənistan hərbçilərinin hava hücumundan müdafiə sahəsində hazırlığı da müzakirə olunacaq.

“Yaxın vaxtlarda parlamentarilərdən və istehsalçılardan ibarət böyük nümayəndə heyətinin başında Ermənistana gedəcəyəm. Bu, tarixdə ilk dəfədir ki, Fransanın müdafiə naziri Ermənistana gedir”, – deyə Lekornu RTL radiosunda bildirib.

Fransa müdafiə nazirinin sözlərinə görə, “Ermənistan Azərbaycandan gələn təhdidlərin yaratdığı ciddi təhlükəsizlik problemləri, o cümlədən suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üz-üzədir”. Danışıqlar “yer-hava” müdafiə sistemləri və zirehli texnikanın tədarükü ilə bağlı aparılacaq, lakin “yalnız müdafiə məqsədləri üçün”. “Bizim məsuliyyətimiz Ermənistana kömək etmək, xüsusən də onun müdafiə potensialını artırmaqdır”, – Fransanın müdafiə naziri qeyd edib.

//Samir Qurbanov, Editor.az