Tut yığmaq istəyən 62 yaşlı kişini elektrik cərəyanı öldürdübackend

Tut yığmaq istəyən 62 yaşlı kişini elektrik cərəyanı öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Editor.az-ın yerli bürosunun verdiyi məlumatına görə,hadisə Yeni İrəvan yaşayış massivinin Xəqani 52 ünvanında baş verib.İlkin məlumata görə, 1960-cı il təvəllüdlü Şəmistan Məmmədov tut yığmaq istəyən zaman onu elektrik cərəyanı vurub və 62 yaşlı kişi yerindəcə dünyasını dəyişib.Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin və Prokurorluq orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb