Ukraynanın NATO-ya daxil olmaq istəyi Ağ Ev üçün gözlənilməz olubbackend

Ukraynanın NATO-ya daxil olmaq istəyi Ağ Ev üçün gözlənilməz olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynanın NATO-ya sürətlə daxil olması üçün rəsmi müraciəti Bayden administrasiyası üçün sürpriz qərar olub.

Editor.az xəbər verir ki, bu barədə “Politico” iki ABŞ rəsmisinə istinadən yazıb. Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi jurnalistlərin “hadisələrin bu cür inkişafının tərəfdarı olub-olmaması” ilə bağlı sualını, Ukrayna üçün “təhlükəsizlik zəmanətini dəstəklədiyi” şəklində cavablandırıb.

Lakin jurnalistlər Pelosinin bu sözlərini Ukraynanın yaxın gələcəkdə NATO-ya daxil olması perspektivlərini dəstəkləməkdən imtina kimi şərh edirlər: “Biz Ukraynada demokratiyaya çox sadiqik. Gəlin müharibədə qalib gələk”. İllinoys ştatından olan konqresmen Mayk Quinqli isə deyib ki, “Ukrayna uğrunda mübarizə, əslində NATO-nun yaranmasının səbəbidir. İkinci Dünya Müharibəsindən sonra biz anladıq ki, bir avtoritar rejimin bir demokratik ölkəni məhv etməsinə icazə verə bilmərik. Düşünürəm ki, biz bunu dəstəkləməliyik”.

//Samir,Editor.az