Viktor Yuşşenko: Rusiya artıq uduzub, Ukrayna isə hələ qalib gəlməyibbackend

Viktor Yuşşenko: Rusiya artıq uduzub, Ukrayna isə hələ qalib gəlməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vladimir Putin Ukraynaya qarşı müharibədə artıq uduzub, Ukrayna hələ qalib gəlməyib”.

Editor.az xəbər verir ki, bunu Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko “Ukrainskaya Pravda”ya müsahibəsində deyib. “Cankoydan Ukrayna partizanlarının çatdığı bütün hava limanlarına qədər hadisələrlə dolu olan son üç gün böyük ümidlər verir. Deyə bilərik ki, biz indi elə bir vəziyyətdəyik ki, Putin artıq müharibəni uduzub, amma biz hələ qalib gəlməmişik”.

Yuşşenkonun sözlərinə görə, ukraynalılar artıq Putinin “temperaturunu qaldırıblar” və dünyaya döyüşə biləcəklərini nümayiş etdiriblər.

Keçmiş prezident ümid edir ki, Qərbin Ukraynadakı müharibə ilə bağlı mövqeyi “daha çox səfərbərlik, Ukraynaya daha sürətli və daha nəzərəçarpacaq yardım baxımından yenidən nəzərdən keçiriləcək”.

 //Samir,Editor.az