Zelenski: Ukrayna ordusu cənubda sürətlə irəliləyir- onlarla yaşayış məntəqəsi işğaldan azad edildibackend

Zelenski: Ukrayna ordusu cənubda sürətlə irəliləyir- onlarla yaşayış məntəqəsi işğaldan azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodomir Zelenski ölkəsindəki onlarla rayonun Rusiya işğalından azad edildiyini bəyan edib və mətbuatda əks olunan Rusiya xəritələrinin reallığı göstərdiyinə işarə edib.

Editor.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən brifinqdə geri çəkilmə qeyd edilməsə də istifadə edilən xəritə Ukraynada Rusiyanın nəzarətində olan ərazilərin əhəmiyyətli dərəcədə azaldığını göstərirdi.

Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda Rusiyaya qarşı sürətlə irəliləyir və Rusiyanın “referendumlar” çərçivəsində ilhaq etməyə çalışdığı bölgələrdə onlarla yaşayış məntəqəsi azad edilib.

//Gülnarə Abasova, Editor.az