backend

Leyla qayınanasını boğaraq öldürdü: xalçaya büküb zibilliyə atmaq istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Qaziosmanpaşa ərazisində suriyalı bir qadın mübahisə etdiyi qayınanasını boğaraq öldürüb.
Suriyalı qadının öldürdüyü qayınanasını zibilliyə daşıması anbaan kameraya əks olunub.
Həyat yoldaşı işə getdikdən sonra 3 uşağı ilə birlikdə evdə qalan 23 yaşlı Leyla S. bir müddət sonra 72 yaşlı qayınanası ilə mübahisə edib. Mübahisə əsnasında qayınanasının ona yumruq atmasından sonra şübhəli Leyla S. qayınanasını boğaraq öldürüb.
Daha sonra cəsədi içinə qoyduğu xalça qarışıq qucaqlayaraq küçədəki zibilliyə daşımağa çalışıb. Təkbaşına çətinlik çəkən şübhəli Leyla S. qonşularından kömək istəyib.
İçərisində cəsəd olduğundan xəbərsiz olan qonşularının köməyi ilə xalçanı zibilliyə aparıb. Lakin Leyla tutulacağı qorxusuyla bir müddət sonra cəsədə bükülmüş xalçanı ətrafdakıların köməyi ilə yenidən evə qaytarıb.
Şübhəli Leyla S. evdən qaçmaq üçün hazırlaşarkən olaydan şübhələnən bəzi vətəndaşlar polisə xəbər veriblər. Ünvana gələn polislər Leylanı saxlayıblar.
O, günahını etiraf edib.
///Milli.Az