Bakıdakı yanğında qadın eyvandan yıxılıb öldübackend

Bakıdakı yanğında qadın eyvandan yıxılıb öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yaşayış binasında baş verən yanğın zamanı bir nəfər vəfat edib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, aprelin 5-də Xətai rayonu, S. Vəzirov küçəsi 17 ünvanında yerləşən binada qısa qapanmadan yanğın başlayıb.

Nəticədə 11 saylı mənzil tamamilə yanıb, həmin evdə yaşayan 1955-ci il təvəllüdlü Leyla Manafova sürüşərək balkondan yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətlərdən vəfat edib.

Onunla eyni ünvanda yaşayan əri, 1953-cü il təvəllüdlü Nazim Manafov isə xilasedicilər tərəfindən mənzildən çıxarılıb və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.