backend

İlaxır çərşənbə gününə olan hava proqnozu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər saatlarında çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 4-7° isti, gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.