Ukraynada koronavirus qurbanlarının sayı 500-ü ötübbackend

Ukraynada koronavirus qurbanlarının sayı 500-ü ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada son sutkada 433 nəfər koronavirusa yoluxub.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 18 min 291 nəfərə çatıb. Koronavirusdan ölənlərin sayı 514 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 5116 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə mayın 22-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.