Üç futbolçu koronavirusa yoluxub – “Qarabağ”ın sabiq oyunçusu da var?backend

Üç futbolçu koronavirusa yoluxub – “Qarabağ”ın sabiq oyunçusu da var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Premyer Liqa təmsilçisi “Karpatı”da koronavirusa yoluxan futbolçuların adları bəlli olub.

Editor.az qol.az-a istinadən xəbər verir ki, koronavirus testi müsbət çıxan oyunçuların sayı üç nəfərdir. Bunlar Vladislav Dubinçak, Andro Qiorqadze və adı açıqlanmayan bir qapıçıdır.

Qeyd edək ki, əsas komandanın üç qapıçısı arasında 2017/18 mövsümündə “Qarabağ” oyunçusu olmuş Anton Kanibolotski də var.

Əlavə edək ki, bu hadisə səbəbindən Premyer Liqanın “Karpatı” – “Mariupol” matçı təxirə salınıb.