Bakıda xəstəxanada dəhşət: Xəstə özünü pəncərədən atdı

10:23 | 27 Sentyabr, 2017
Səhər saat 07:35 radələrində Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında intihar hadisəsi baş verib.
Orta yaşlı kişi xəstəxananın müalicə olunduğu birinci korpusundakı palataların birinin pəncərəsindən özünü yerə atıb. O, hadisə yerində ölüb.
Hazırda xəstəxanaya Yasamal Rayon Prokurorluğunun əməkdaşları cəlb olunub. İntiharın səbəbləri araşdırılır.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Ölən şəxs İsmayıllı rayon sakini 1967-ci il təvəllüdlü Ağayev Cavid Səmi oğludur. O, özünü xəstəxananın dördüncü mərtəbəsindən atıb.
C.Ağayev bir həftədir ki, xəstəxanada nevroloji müalicə alırmış.
C.Ağayev müalicə aldığı müddətdə onun yanında oğlu olub. Lakin intihar zamanı oğlu yatıbmış.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
///Report