Azərbaycan və Belarus saxta dərmanlara qarşı mübarizədə əməkdaşlıq edəcəkbackend

Azərbaycan və Belarus saxta dərmanlara qarşı mübarizədə əməkdaşlıq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və Belarusun Səhiyyə xidmətində ekspertiza və tədqiqatlar Mərkəzi ümumrespublika unitar müəssisəsi arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, memorandumun əsas predmeti dərman vasitələri, tibbi ləvazimat və tibbi texnikanın ekspertizası, onların keyfiyyətinə nəzarət, farmakonəzarət, elmi tədqiqatlar, dərman vasitələri və tibbi ləvazimatlar dövriyyəsinə dair məlumat mübadiləsi sahələrində əməkdaşlığın inkişafından ibarətdir. Bundan başqa proqramlar, təcrübə mübadiləsi, eləcə də dərman vasitələri və tibbi ləvazimatlarının qeydiyyatı və dövriyyəsi sahələrində beynəlxalq standartların tətbiq edilməsinə dair tövsiyələrin hazırlanmasında dəstək, əvvəlcədən razılaşma əsasında mütəxəssislər, qabaqcıl təcrübə, metodika və praktika, tədqiqat materiallarının mübadiləsi, kontrafakt və saxta məhsullara qarşı mübarizə üsulları və bu istiqamətdə informasiya mübadiləsi və s. bu kimi məsələlərdə əməkdaşlıq memorandumda əksini tapıb.
Memorandum Azərbaycanın Belarusla çox geniş məsələlər üzrə əməkdaşlıq etdiyi, beynəlxalq təşkilatlarda da dövlətlərin bir-birini çox fəal dəstəklədiyi bir şəraitdə əczaçılıq sahəsində də yüksək səviyyədə əməkdaşlığına xidmət edəcək.