Belarus və Rusiyanın vahid dövlətdə birləşməyi məsələsi gündəmdə deyil.
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko hökumətin iclası zamanı deyib.
A.Lukaşenko bildirib ki, bu məsələ Rusiya prezidenti Vladimir Putinlə də müzakirə olunub: “Biz Rusiya prezident ilə birmənalı şəkildə müəyyələşdirdik ki, Belarus və Rusiyanın birləşməsi məsələsi gündəmdə yoxdur”.
Belarus prezidenti əlavə edib ki, iki dövlətin ittifaqı yalınız bərabərhüquqlu əsasda inkişaf edə bilər.
//Trend