Nəsimidə ilin yekunları müzakirə olunub – Fotobackend

Nəsimidə ilin yekunları müzakirə olunub – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə Holiday İNN otelində keçirilən, 2018-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilib.
Editor.az xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən ərazi üzrə nümayəndə Namiq Muradov bildirib ki, nümayəndəliyin ərazisində bir sıra abadlıq, quruculuq və yenidənqurma işləri aparılmışdır.
Hal-hazırda inzibati ərazidə “Pilot İnşaat-A” MMC, “Malibo” MMC, “Yeni ailə”MMC, “Məkan” MMC, “Tac-1” MMC, “Bisütun” MTK tərəfindən işlər davam etdirilir.
Yığıncaqda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi yeni inkişaf konsepsiyasında ölkə paytaxtının və regionların sosial-iqtisadi inkişafı, şəhər və rayonların abadlaşdırılması, yeni infrastruktur layihələrinin davamlı olaraq icra edilməsi əsas istiqamətlər kimi qarşıya qoyulub.
Bildirilib ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmuş qrafikə uyğun olaraq müxtəlif vaxtlarda 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində “Central park” , “Winter park”, “Holiday İnn” otellərində, “Dünya biznes mərkəzi”ndə, “Messenat” holdinqdə, 8, 44, 46 saylı orta məktəblərdə səyyar qəbullar keçirilib və sakinlərin müraciətləri dinlənilib.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.